Latviya ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 14 faiz artaraq 6 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Latviya ilə ticarətin payı 0,06 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
