9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib.

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat təqdim olunub.

Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur təminatı, logistika imkanları və dövlət dəstəyi mexanizmləri ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.

Görüşdə həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-nin müəssisələrində istehsalın təşkili, keyfiyyətə nəzarət mexanizmləri və ixrac imkanları barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış əlverişli biznes mühitini və müasir infrastruktur imkanlarını yüksək qiymətləndirib, bu kimi sənaye zonalarının regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?