9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 1-ci rübündə 925 mln. kVt·st  “yaşıl enerji” istehsal edilib

2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 991 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 247,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 91,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 076,8 mln. kVt·st (İES-lərdə 5 558,6 mln. kVt·st, SES-lərdə 508,1 mln. kVt·st, GES-lərdə 10,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 mln. kVt·st, idxalı isə 35,0 mln. kVt·st olub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?