15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şuşada Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclası keçirilib

Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Latviya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb.

Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze öz növbəsində Azərbaycanın mühüm iqtisadi tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Armands Krauze Azərbaycanın istehsal etdiyi məhsulların Avropa bazarına çıxışına kömək etməyə hazır olduqlarını bəyan edib. Komissiya həmsədri işgüzar əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi üçün effektiv platforma kimi Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacib olduğunu vurğulayıb.

İclasın sonunda Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, elm, təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının gələn il Riqada keçirilməsi barədə razılığa gəliblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?