10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kart ödənişləri üzrə interçeync tariflərinin yuxarı hədləri təsdiqlənib

Ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqlənib. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qərarla ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən edilib.

Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25 faizi, yanacaq (petrol) kateqoriyası üzrə 0,75 faizi, ümumi (general) kateqoriya üzrə isə 1,5 faizi səviyyəsində müəyyən olunub.

Göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla aparılan ödənişlər üçün interçeyncin yuxarı həddi müəyyən edilmir.

Yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?