15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib. Bildirilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabr tarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.

Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilmə məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?