10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR-ın nümayəndə heyəti 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində iştirak edir

SOCAR-ın nümayəndə heyəti 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində (EGYPS 2026) iştirak edir.

Tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunur.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov “EGYPS 2026” çərçivəsində “Qlobal ticarət axınlarının yenidən formalaşdırılması” mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. Vitaliy Bəylərbəyov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan Trans-Adriatik Boru Kəmərinin 2020-ci ilin dekabrında tam istismara verildiyini xatırladan vitse-prezidentin müavini bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 16 ölkəyə tədarük olunduğunu bildirib. 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr Azərbaycan qazı çatdırılıb ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 60% artım deməkdir.

EGYPS 2026 çərçivəsində, həmçinin SOCAR ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb. Sənəd tərəflər arasında neft-qaz sektorunun əsas istiqamətləri üzrə uzunmüddətli, davamlı və çoxşaxəli əməkdaşlığı nəzərdə tutur.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?