10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb.

Görüşdə Azərbaycan–Türkmənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmi vurğulanıb. Türkmənistanla ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyi, birgə layihələrin həyata keçirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

-----

14:43

“Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan – Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Nökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq.

İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyinin genişləndirilməsini müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?