24 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Milli Proqram”ın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” istifadəçilərinin sayı 70 min nəfər olub. Növbəti 7500 vətəndaş dörd həftə müddətində “Coursera” onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdən yararlanmağa başlayıb.

2025-ci ilin aprel ayından start verilən “Milli Proqram”ın icrası çərçivəsində istifadəçilər indiyədək “Coursera” platformasında 270 min təlimə qoşulub. Onlar 98 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq sertifikatlar əldə ediblər.

“Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə rəqabətli insan kapitalının inkişafı, bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsidir.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 18 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı dublyaj olunub. Eyni zamanda, “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib.

Ölkənin bütün regionlarını əhatə edən proqram vasitəsilə iştirakçılar daha çox süni intellekt, data elmi, sənaye 4.0 texnologiyaları, layihələrin idarəedilməsi, analitik düşüncə, kibertəhlükəsizlik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlərdən faydalanırlar.

Hər bir Azərbaycan vətəndaşı https://form.4sim.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək bu imkandan yararlana və qlobal əmək bazarında rəqabətqabiliyyətli bacarıqlar əldə edə bilər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?