14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ruanda ilə iqtisadi əlaqələrin dərinləşməsi yolunda addımlar atılır

Ruanda ilə iqtisadi əlaqələrin dərinləşməsi yolunda addımlar atılır

Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi ilə Ruanda İnkişaf Şurasının nümayəndələri arasında keçirilən görüşdə Ruanda Özəl Sektor Federasiyası ilə institusional tərəfdaşlığın qurulması perspektivləri və gələcəkdə Anlaşma Memorandumunun imzalanması imkanları əsas müzakirə mövzuları olub.

Tərəflər bu addımı ikitərəfli işgüzar münasibətlərin rəsmiləşdirilməsi üçün fundamental əsas kimi qiymətləndiriblər.

Danışıqlar çərçivəsində Ruanda İnkişaf Şurasının fəaliyyəti, özəl sektorun stimullaşdırılması tədbirləri, ölkənin investisiya mühiti və ixrac potensialı, habelə biznes mühitinin optimallaşdırılması istiqamətində atılan addımlar barədə ətraflı məlumat təqdim edilib. Görüş iştirakçıları birgə vebinarların keçirilməsinin, beynəlxalq şəbəkələşmənin (netvorkinq) genişləndirilməsinin və mütəmadi peşəkar təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Dialoqun yekunları Azərbaycan və Ruanda arasındakı iqtisadi əlaqələrin dərinləşməsi və keyfiyyətcə genişlənməsi yolunda mühüm addım kimi qiymətləndirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?