16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və İsrailin Azərbaycandakı səfiri Ronen Kraus arasında keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın perspektivləri, innovasiyaların tətbiqi və sektora dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazirin cari ilin yanvarında İsrailə rəsmi səfəri çərçivəsində akvakultura, heyvandarlıq və süd emalı üzrə qabaqcıl mərkəzlərin təcrübəsinin öyrənilməsi ilə başlayan müsbət dinamika yüksək qiymətləndirilib. Tərəflər kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasını, sahəvi İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsini, həmçinin toxumçuluq və heyvandarlıq sahələrində İsrail texnologiyalarının transferini prioritet istiqamətlər kimi müəyyən ediblər. Eyni zamanda, aqrar tədqiqat proqramlarının miqyasının böyüdülməsi və praktiki təcrübə mübadiləsinin intensivləşdirilməsinə xüsusi önəm verilib.

Yekunda tərəflər kənd təsərrüfatı sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu bir daha təsdiqləyiblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?