12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarşılıqlı investisiyaların cəlb olunması imkanları genişlənir

Şimali Osetiya-Alaniya Respublikası ilə Azərbaycan sahibkarları arasında əməkdaşlıq çərçivəsində potensial layihələrə qarşılıqlı investisiyaların cəlb olunması ilə bağlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu haqda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasından (ASK) məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov imzalayıblar.

Konfederasiyadan bildirilib ki, imzalanan sənədə əsasən tərəflər iqtisadi, ticari, elmi və texniki əlaqələrin möhkəmlənməsində bütün səylərini ortaya qoyacaq: "Bundan başqa imzalanan memoranduma əsasən tərəflər, yarmarkaların, sərgilərin, seminarların, konfransların, işgüzar görüşlərin, biznes missiyaların təşkili ilə bağlı əməkdaşlıq edəcəklər. Sənəddə həmçinin qarşılıqlı məlumat mübadiləsinə dair əməkdaşlıq da nəzərdə tutulur. Məsələn əyər xarici ticarət sahəsində müvafiq qanunvericilikdə hər hansı dəyişikliklər olduğu təqdirdə, tərəflər bir birini bu barədə məlumatlandıracaqlar".

Hazırda Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının bir qrup üzvü Azərbaycanda biznes səfərindədirlər. Səfər çərçivəsində ASK-da görüş keçirən qonaqlar Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. K.Tuqanovun sözlərinə görə, Osetiya sahibkarlarının əməkdaşlıq etmək istədikləri ölkələr sırasında Azərbaycan öndədir: "Azərbaycan bizim qonşumuzdur və mental olaraq bir-birimizi tanıyırıq".

ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan K.Tuqanov işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu söyləyib. Görüşdə Şimali Osetiya-Alaniya Respublikasının sahibkarları öz məhsullarının qısa təqdimatını keçiriblər və azərbaycanlı həmkarları ilə danışıqlardan razı qaldıqlarını bildiriblər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?