21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk dövlətləri arasında yeni Əməkdaşlıq üzrə yol xəritəsi təsdiqlənib

Türküstanda (Qazaxıstan) Türk Dövlətləri Təşkilatı (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib.

Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşün əsas nəticəsi investisiya və ticarət sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üzrə praktiki addımların razılaşdırılması olub.

Müzakirələrdə beş dövlətin nümayəndə heyətlərinin rəhbərləri - Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Sultan Axmatov, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev iştirak ediblər.

İclasda təşkilata üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, investisiya və maliyyə sahələrində prioritetləri müəyyən edən Əməkdaşlıq üzrə yol xəritəsi təsdiq edilib. Əldə olunmuş razılaşmalar nazirlərin 14-cü iclasının yekun Kommunikesinin imzalanması ilə rəsmi olaraq təsbit edilib. İşgüzar əlaqələrin gücləndirilməsi çərçivəsində həmçinin Qazaxıstanın Xarici Ticarət Palatası, Türk Dövlətlərinin Ticarət və Sənaye Palataları İttifaqı, Türk İnvestisiya Fondu və Milli Kooperativlər Assosiasiyası (NACOFEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bundan əlavə, təşkilata üzv dövlətlər arasında ticarət sahəsində tərəfdaşlıq və qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?