16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZSTAND IEC standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) rəsmi olaraq Beynəlxalq Elektrotexniki Komissiyasının (IEC) beynəlxalq standartlarının rəsmi nəşrlərini ölkə ərazisində yaymaq hüququnu qazanıb.

Dövlət Agentliyinin məlumatına görə, bununla da elektrik, elektronika və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartların Azərbaycanda rəsmi qaydada yayılması təmin olunacaq.

Əlavə olaraq, IEC standartlarının tətbiqi yerli istehsal olunan məhsulların, göstərilən xidmətlərin və əlaqəli proseslərin keyfiyyətinin yüksəldilməsinə, innovasiyaların tətbiqinə və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, AZSTAND 1 yanvar 2026-cı il tarixindən IEC-də assosiativ üzv qismində təmsil olunur. Bu status quruma həm IEC-in standart bazasından yararlanmaq, həm də elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalara dair standartlaşdırma üzrə texniki komitələrdə iştirak imkanı yaradır.

IEC (Beynəlxalq Elektrotexniki Komissiyası) konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullarının və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?