30 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin birinci və ikinci nəticə qruplarının iclasları keçirilib.

İnklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə Birinci Nəticə Qrupunun iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan dayanıqlı, inklüziv və innovativ inkişaf hədəflərinə nail olunması baxımından BMT ilə işbirliyinə mühüm önəm verir. Ölkəmiz 30 ildən çoxdur ki, təşkilatla əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atır. Qeyd edilib ki, Azərbaycanda DİM-lərə uyğun olaraq rəqəmsallaşma, yaşıl enerji, innovasiya prioritet sahələrdəndir. Xüsusilə, azad edilmiş ərazilərdə ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji zonası konsepsiyaları əsasında müasir infrastrukturun qurulması dayanıqlı inkişaf öhdəliyimizi yerinə yetirməyə dair bariz nümunədir. Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş Minalarla Mübarizə üzrə 18-ci DİM təşəbbüsü isə davamlı inkişaf gündəliyinə mühüm töhfədir.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi İqor Qarafulik Azərbaycanın DİM-ə verdiyi önəm və bu sahədə atdığı konkret addımları yüksək qiymətləndirib. Qeyd edib ki, təmsil etdiyi qurum ölkənin bu istiqamətlərdə həyata keçirdiyi təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycanın səhiyyə və insan kapitalına yönəltdiyi investisiyalar dayanıqlı inkişaf baxımından önəm daşıyır. Ölkədə sağlamlıq sisteminin gücləndirilməsi və icmalara inklüziv xidmətlərin göstərilməsi məqsədilə görülən işlərə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ifadə edilib.

İclas çərçivəsində təşkil edilən sessiyalarda BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq dair Çərçivə Sənədinin (2026–2030) təqdimatı keçirilib, həmçinin 2026-cı il üçün birgə iş planları müzakirə olunub.

İqlimə dayanıqlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə İkinci Nəticə Qrupunun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi İqor Qarafulik, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat açılış nitqi ilə çıxış ediblər. İclas çərçivəsində təşkil edilən sessiyalarda ətraf mühitin qorunması və enerji keçidinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2026-2030-cu illər üzrə BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsində hər Nəticə Qrupu ildə bir dəfə maraqlı tərəflərlə görüşərək ötən ilin yekunlarını müzakirə edir, həmçinin lazım gəldiyi təqdirdə, növbəti ilin planlarına və çərçivəyə dəyişikliklər təklif edir.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?