17 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb

“AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.

QSC-dən verilən məlumata görə, istehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan Yol Xəritəsi dövlət başçısının 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası sənədinin tələblərinə uyğun hazırlanıb.

Dövlət şirkətinin sözügedən istiqamət üzrə fəaliyyətinin yeni mərhələsi Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir.

Qeyd edək ki, ötən müddət ərzində Yol Xəritəsi çərçivəsində bir sıra nəticələr əldə olunub. Dövlət şirkətində rəqəmsallaşma layihələrinin icrasına nəzarət üçün yeni idarəetmə mexanizmi – rəqəmsallaşma üzrə müşavir institutu yaradılıb. Həmçinin, kibertəhlükəsizlik istiqamətində layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin gücləndirilməsi məqsədilə məsul şəxslər təyin olunub.

İstehsalat zəncirində şəffaflığı təmin edən “Mədəndən Tərəziyə – Tərəzidən Emala” sisteminin birinci modulu istifadəyə verilib. Geoloji kəşfiyyat məlumatlarının idarə olunması üçün vahid informasiya sistemi yaradılıb, mərkəzləşdirilmiş verilənlər bazası formalaşdırılıb və infrastruktur Hökumət Bulud sisteminə miqrasiya edilib. Bu addımlar məlumat təhlükəsizliyini və qərarvermə prosesinin səmərəliliyini artırıb.

Cari ilin əsas strateji mərhələsi “Məlumat əsaslı qərarvermə və analitik yetkinliyin formalaşdırılması” kimi müəyyən edilib.

Planlaşdırılan mərhələli və kompleks tədbirlər çərçivəsində müvafiq sistemlərin qurulması ilə yanaşı, struktur islahatları vasitəsilə məlumatların analitik təhlili istiqamətinin təşkili, həmçinin gələcəkdə qərarvermə proseslərinə süni intellekt texnologiyalarının inteqrasiyası üçün müvafiq infrastruktur və institusional əsasın formalaşdırılması nəzərdə tutulur.

Həyata keçirilən layihələr Cəmiyyətin Rəqəmsal Yetkinlik İndeksinə uyğun inkişafını təmin etməyə və növbəti strateji mərhələlərin daha dəqiq planlaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, tətbiq edilən yeni texnoloji həllər şirkətin rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə çatmasına əlavə töhfə verəcək.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?