22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

S&P Azərbaycanın bank sektoru üçün sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdırıb

“S&P” Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) çərçivəsində Azərbaycanın bank sektoru üçün sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ölkənin bank sektoru ilə bağlı risk səviyyəsinin azalmasının göstəricisidir. Bu dəyişiklik son üç ildə Mərkəzi Bank tərəfindən bank sektoru üzrə tənzimləmə və nəzarətin modernizasiyası təşəbbüslərindən qaynaqlanır.

İqtisadi risk komponenti üzrə gözlənti isə 8-ci pillədə saxlanılmaqla, proqnoz “stabil”dən “pozitiv”ə dəyişdirilib.

“S&P” ötən dövrdə Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində korporativ idarəetmə standartlarının yeniləndiyini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların, həmçinin bank kapital strukturunun Bazel III tələblərinə uyğunlaşdırdığını və digər tənzimləmələrin təkmilləşdirildiyini vurğulayıb.

Agentlik 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin 10–12 faiz intervalında olacağını proqnozlaşdırır. “S&P” kreditlərin dollarlaşma səviyyəsinə görə region ölkələri arasında ən aşağı göstəricinin Azərbaycan banklarının payına düşdüyünü vurğulayıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?