22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunda dayanıqlılıq və ESİ yanaşması üzrə normativ baza gücləndirilib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bank sektorunu əhatə edən bir sıra normativ xarakterli aktlara edilən dəyişikliklər 9 fevral 2026-cı il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın məlumatına görə, dayanıqlılıq və yaşıl maliyyə sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi məqsədilə edilən dəyişikliklər banklarda ekoloji, sosial və idarəetmə (ESİ) yanaşmasının tətbiqinin genişləndirilməsini, iqlim və digər ESİ amillərinin bankın idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasını, habelə maliyyə bazarlarında şəffaflığın və bazar intizamının gücləndirilməsini hədəfləyir.

“Banklarda korporativ idarəetmə Standartları”na edilən dəyişikliklər banklarda səlahiyyət və məsuliyyət bölgüsünün aydın şəkildə müəyyən edilməsini, iqlim və digər ESİ riskləri və fürsətlərinin idarə olunmasına dair funksional bölgünün formalaşdırılmasını, daxili idarəetmə mexanizmlərində və bankın siyasət sənədlərində ESİ meyarlarının nəzərə alınmasını təmin edir.

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklər kredit risklərinin idarə edilməsi üzrə mövcud çərçivəni genişləndirərək bankların dayanıqlı kredit portfelinin idarə edilməsi üzrə daxili siyasət və qaydalarının müəyyən edilməsini nəzərdə tutur.

Qeyd olunan dəyişikliklər bank sektorunda ESİ yanaşmasının institusionallaşdırılması, risklərin idarə edilməsi sistemlərinə ESİ risklərinin inteqrasiyası, habelə şəffaf və məsuliyyətli maliyyə ekosisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?