4 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO: Ötən il sahibkarlarla 100-dən çox işgüzar görüş keçirilib

2025-ci il ərzində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə sahibkarlarla 100-dən çox işgüzar görüş keçirilib, onların 300-ə yaxın müraciətinə baxılıb.

Agentliyin məlumatına görə, müxtəlif sahələri əhatə edən assosiasiyalar, regionlarda fəaliyyət göstərən istehsalçı və ixracatçılarla keçirilən görüşlərdə mövcud dəstək mexanizmləri, planlaşdırılan yeni mexanizmlər, ixrac coğrafiyasının genişləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.

2025-ci ildə investisiya təşviqi istiqamətində AZPROMO tərəfindən 30-a yaxın şirkətə ölkədə fəaliyyətin davam etdirilməsi üçün dəstək göstərilib, 150-yə yaxın xarici şirkətin Azərbaycanda fəaliyyətə başlaması məqsədilə görüşlər keçirilib, sorğular cavablandırılıb və təkliflər hazırlanıb. Daha geniş miqyasda isə il ərzində 200-dən çox xarici şirkətlə onlayn və işçi qaydada görüşlər təşkil edilib, eləcə də Qətər, BƏƏ, Əlcəzair, Türkmənistan və digər ölkələrdə təşkil edilən biznes forumlarda Azərbaycanın investisiya mühiti təqdim olunub.

İnvestisiya fəaliyyətinin səmərəli həyata keçirilməsi ilə bağlı “Invest in Azerbaijan” informasiya sisteminin əsasnaməsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli Fərmanı ilə təsdiq edilib. Bu platforma investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsini təmin edəcək. Sistem investorların elektron müraciət göndərməsinə, həmçinin mövcud layihələr, imtiyazlar və ölkənin investisiya mühiti barədə məlumatlara daha operativ və vahid mənbədən çıxışına imkan yaradacaq.

Hesabat ilində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə 25-i Azərbaycanda, 25-i isə xarici ölkələrdə olmaqla ümumilikdə 50 tədbir təşkil olunub. Eyni zamanda, 27 beynəlxalq tədbirdə və işgüzar səfərdə iştirak təmin olunub. İl ərzində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər çərçivəsində 20 anlaşma memorandumu, əlavə olaraq fəaliyyət planı, iqtisadi-ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi və beynəlxalq əməkdaşlıq sazişi imzalanmaqla institusional tərəfdaşlıq mexanizmləri daha da gücləndirilib.

Ötən il ixracın təşviqi üzrə dövlət dəstəyi alətlərinin tətbiqinin genişləndirilməsi, həmçinin investisiya təşviqinin institusional və rəqəmsal baxımdan daha da təkmilləşdirilməsi istiqamətində nəticələr əldə edilib. İlboyu həyata keçirilən tədbirlər, sərgi və forumlarda iştirak, sahibkarlarla qurulan sistemli dialoq və investor xidmətlərinin rəqəmsallaşdırılması ölkənin qeyri-neft ixracının genişlənməsinə, beynəlxalq biznes əlaqələrinin dərinləşməsinə və iqtisadiyyata investisiya cəlbinin daha da artırılmasına xidmət edib.

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?