22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Serbiya arasında yeni Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Serbiya İşəgötürənlər Assosiasiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Konfederasiyanın məlumatına görə, sənəd işəgötürən təşkilatları arasında institusional əlaqələrin gücləndirilməsini, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin dərinləşdirilməsini, eləcə də biznes mühitinin və məşğulluq siyasətinin inkişafına töhfə verilməsini hədəfləyir.

Memoranduma əsasən, tərəflər aşağıdakı əsas əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət göstərəcəklər:

- Hər iki ölkədə işəgötürənlərə təsir edən iqtisadi, əmək və məşğulluq siyasəti, tənzimləyici çərçivələr və biznes mühitinin inkişafı ilə bağlı məlumat və təhlil mübadiləsinin aparılması;

- Müvafiq qanunvericilik aktları və siyasət təşəbbüsləri barədə qarşılıqlı məlumatlandırmanın təmin edilməsi;

- İşəgötürənlərin baxış bucağından ikitərəfli əməkdaşlığın inkişafına maneələrin müəyyənləşdirilməsi və bu maneələrin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təklif və tövsiyələrin hazırlanması;

- İşəgötürən təşkilatları ilə əlaqəli tematik forumlar, konfranslar və peşəkar tədbirlərdə üzvlərin iştirakının təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi.

Memorandum Azərbaycan və Serbiya işəgötürənləri arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə, biznes dairələri arasında əlaqələrin genişlənməsinə və hər iki ölkədə dayanıqlı iqtisadi inkişafın təşviqinə xidmət edəcək.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?