22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il gəmi yükdaşımalarının həcmi 5 faizdən çox artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci il ərzində 9 milyon tondan çox yük daşınıb ki, bu da 2024-cü ilin göstəricisini 5,4 faiz üstələyir.

QSC-nin məlumatına görə, ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,3 milyon tondan çox yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.

Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4,2 milyon tondan çox yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4,3 milyon tonu ötüb. Bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?