28 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət vəsaitlərinin idarə edilməsindən 121 milyon manat gəlir əldə olunub

2025-ci ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.

Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına şərait yaradır.

Ötən ilin doqquz ayı ərzində keçirilən depozit hərracları nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz gəliri təmin edilib. Bundan əlavə, Mərkəzi Bankın vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə olunub.

Nəticə etibarilə vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində 2025-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?