23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TAP kəmərinin ötürücülük qabiliyyəti əlavə 1,2 milyard kubmetr artırılıb

TAP boru kəməri cari il yanvarın 1-dən etibarən ildə əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir.

Boru kəmərinin operatoru olan TAP AG şirkətinin məlumatına görə, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəmərinin genişləndirilməsi layihəsinin bir hissəsi olaraq ilkin mərhələdə Türkiyə ilə Yunanıstan sərhədi yaxınlığındakı Aleksandrupoli ərazisində yerləşən Kipoi Kompressor Stansiyasında işlər uğurla başa çatdırılıb. 2024-cü ilin yanvar ayında başlayan genişləndirmə işləri vaxtından əvvəl - büdcə üzrə, təhlükəsiz və davam edən qaz axınlarına heç bir fasilə vermədən başa çatdırılıb. Bu da güclü planlaşdırmanı və əməliyyat dayanıqlığını əks etdirir. İşlər yeni kompressor qurğusunun (təxminən 15 MVt) quraşdırılması və Kipoi Kompressor Stansiyasındakı mövcud qurğuların təkmilləşdirilməsini əhatə edirdi.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də TAP ilə kommersiya qaz nəqlinə başlanılıb və ötən 5 il ərzində boru kəməri ilə “köhnə qitəyə” 54 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür.

AZƏRTAC

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?