23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad edilmiş ərazilərdə 7000-dən çox LED işıqlandırma qurğusu quraşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.

Energetika Nazirliyindən verilən məlumata görə, bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları “yaşıl enerji zona”larının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?