23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb.

Agentliyin məlumatına görə, araşdırmalar aşağıdakı sahələri əhatə edir:

– bulqur və mərci istehsalı;
– mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər istehsalı;
– tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların istehsalı;
– süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların istehsalı;
– velosiped hissələrinin istehsalı;
– tikinti üçün izolyasiya məhsullarının istehsalı;
– strafor (EPS – genişlənmiş polistirol) istehsalı;
– kalsium-karbonat emalı;
– yerfındığı məhsullarının istehsalı.

Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın internet saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır.

Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?