23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə indiyədək “köhnə qitə”yə 54 milyard kubmetrdən çox qaz nəql edilib.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkətindən məlumat verilib.

Ötən ilin sonunda TAP ilə ticarət əməliyyatlarına başlanmasından 5 il ötüb. 2020-ci il dekabrın 31-də kommersiya qaz nəqlinə başlayan boru kəməri ötən müddət ərzində Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyib. TAP kəməri sayəsində Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi öz mövqeyini gücləndirib. Boru kəməri Azərbaycanın avropalı tərəfdaşları üçün hər zaman “təhlükəsizlik yastığı” rolunu oynayır, kommersiya əməliyyatları ilə qitədə qaz bazarının likvidliyinin artmasına kömək edir. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Onun uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. Boru kəməri hazırda maksimum gücü ilə, yəni gündəlik 33 milyon kubmetr təbii qaz nəql edir. Bu, ildə orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir.

TAP perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. Gələcəkdə boru kəməri ilə ildə əlavə 1,2 milyard kubmetr qazın nəql olunması gözlənilir.

AZƏRTAC

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?