Ötən ilin 11 ayında Özbəkistanla ticarət dövriyyəsi 506 milyon dolları üstələyib
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,2 dəfədən çox artaraq 506,5 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 1,13 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,61 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi
