23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar istehsal ediləcək

Daha bir sahibkarlıq subyektinə - “Fabriora” MMC-yə investisiya təşviqi sənədi təqdim edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, şirkət Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar (uşaq bezləri, mətbəx kağızları, salfet məhsulları və s.) istehsal edəcək. Layihə çərçivəsində 27 milyon manata yaxın investisiya qoyuluşunun həyata keçirilməsi və 180 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Ümumilikdə indiyədək 518 sahibkarlıq subyektinin təqdim etdiyi layihələrə 622 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala təxminən 7,9 milyard manat investisiyanın yatırılması və 45 minə yaxın yeni iş yerinin yaradılması gözlənilir.

İnvestisiya təşviqi sənədi sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 7 il müddətinə əldə olunan mənfəətin və ya gəlirin 50 faizindən, layihələr çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan, investisiya vəsaiti hesabına əldə edilən əmlaka görə əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə isə torpaq vergisindən azad edir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?