23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətlərinin Türkiyə bazarına çıxışı mövzusunda seminar keçirilib

Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.

Tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər.

Seminar çərçivəsində iştirakçılar türkiyəli mütəxəssislər tərəfindən qardaş ölkənin gömrük sistemi, idxal-ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.), daşınma mexanizmləri, rəqəmsal satış imkanları, eləcə də hüquqi çərçivə barədə ətraflı məlumatlandırılıblar.

Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli potensial alıcılar və şirkət nümayəndələri ilə Azərbaycan istehsalçıları arasında B2B formatında görüş olub. Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?