1 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hərracda səhmdar cəmiyyətinin səhm paketi və 56 dövlət əmlakı satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda səhmdar cəmiyyətinin səhm paketi, 3 obyekt və 53 nəqliyyat vasitəsi satılıb.

Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib. Bunlardan 42-si onlayn qaydada həyata keçirilib.

Qeyd edək ki, sifarişlərin çoxluğu hərraca çıxarılan əmlaklara marağı artırıb. Rəqabətli keçən hərracda Bakının Sabunçu rayonunda start qiyməti 400.000 manat olan obyekt 630.000 manata, paytaxtın Suraxanı rayonunda 140.000 manat olan emalatxana 260.000 manata, Gəncə şəhərində 75.000 manat olan avtodayanacaq isə 240.000 manata satılıb.

Hərracda “Ağdaş Quşçuluq” açıq səhmdar cəmiyyətinin 30,01 faizlik səhm paketi 101.662 manata satılıb.

Qeyd edək ki, bu hərrac nəticəsində dövlət büdcəsinə 1,5 milyon manatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulur.

VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq? VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur?