23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AMB tərəfindən yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır.

AMB-nin məlumatına görə, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?