23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro və kiçik biznes seqmentində QR ödənişlərin payı yüksələcək AÇIQLAMA

AZ-QR sistemi sahibkarlar üçün bir sıra mühüm üstünlüklər təqdim edir. Bu mexanizm kart əsaslı ödənişlərlə müqayisədə daha aşağı əməliyyat xərcləri ilə fərqlənir. Bu barədə “vergiler.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Əlavə olunub ki, ödənişlərin Ani Ödənişlər Sistemi üzərindən həyata keçirilməsi vəsaitlərin anında sahibkarın hesabına daxil olmasını təmin edir, eyni zamanda nağd pul dövriyyəsinin azalmasına və əlavə inzibati xərclərin minimuma endirilməsinə şərait yaradır.

QR ödənişlərin nağdsız dövriyyəyə təsirlərinə gəlincə, AMB-dən bildirilib ki, xüsusilə, mikro və kiçik biznes seqmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir: “Beynəlxalq təcrübə və ilkin yerli müşahidələr göstərir ki, QR ödənişlərin geniş tətbiqi nağdsız ödənişlərin ümumi dövriyyədə payının artmasına, kiçik məbləğli gündəlik ödənişlərin mərhələli şəkildə rəqəmsallaşmasına və nağd puldan istifadə səviyyəsinin azalmasına səbəb olur. Mövcud proqnozlara əsasən, AZ-QR istifadəsinin genişləndirilməsi ilə orta müddətdə nağdsız ödəniş dövriyyəsində artım tempinin yüksələcəyi, xüsusilə, mikro və kiçik biznes segmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir” - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, hazırda AZ-QR standartının tətbiqi üzrə işlər aktiv genişlənmə mərhələsindədir. AMB-nin koordinasiyası ilə AZ-QR ölkə üzrə hesab əsaslı, vahid QR ödəniş mexanizmi kimi formalaşdırılıb və Ani Ödənişlər Sistemi üzərindən istifadəyə verilib. Hazırkı mərhələdə əsas diqqət ödəniş xidmətləri təchizatçıları tərəfindən texniki inteqrasiyaların yekunlaşdırılmasına, dinamik və statik QR ödəniş ssenarilərinin tətbiq sahəsinin genişləndirilməsinə, ticarət və xidmət sektorunda qəbul şəbəkəsinin ardıcıl şəkildə böyüdülməsinə, eləcə də normativ-hüquqi çərçivənin və tarif mexanizmlərinin optimallaşdırılmasına yönəldilib.

AMB-dən bildirilib ki, artıq ölkənin aparıcı banklarının bir qismi AZ-QR ekosisteminə inteqrasiya olunub və müştərilərinə QR ödənişləri üzrə funksionallıq təqdim etməyə başlayıblar. Bir sıra banklar AZ-QR standartı üzrə texniki inteqrasiyanı tamamlayıb. Onlar Ani Ödənişlər Sistemi üzərindən QR ödənişlərinin həyata keçirilməsini təmin edirlər. Digər banklarla da inteqrasiya prosesləri və təqdim olunan funksionallığın genişləndirilməsi mərhələli şəkildə davam etdirilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?