23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə KOB-ların sayı 424437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8% çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3,4% artaraq 21,1 mlrd. manat təşkil edib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 800 nəfər olub. Bu isə 6,9% artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45,3%-ə yüksəlib.

Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?