29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iştirak edib

Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli iclasda çıxış edərək Azərbaycanın D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğu qeyd edilib. Təşkilat daxilində ticarət həcmlərinin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmi diqqətə çatdırılıb. Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verilib.

Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?