Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfə artaraq 472,5 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Özbəkistana ixrac: 60,98 milyon dollar (+1,9 dəfə)
Özbəkistandan Azərbaycana idxal: 411,5 milyon dollar (+2,5 dəfə)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 1,15 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
