30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bəhreyn və Küveytin suveren fondları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib.

Fondun məlumatına görə, səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.

Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan “Mumtalakat”ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud trendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.

ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə və Milli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə keçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı, suveren fondların rolunun artırılması və regional investisiya axınlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreyn İqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlı İnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflər rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ investisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin, Bəhreynin dövlət daşınmaz əmlak şirkəti olan “Edamah” şirkətinin baş icraçı direktoru Xalid Al Məcid, “Premier Group” rəhbərliyi, eləcə də “Bapco Energies” şirkətinin baş icraçı direktoru Mark Tomas ilə görüşlər keçirib.

Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkənin suveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının baş direktoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə Dövlət Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə qlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığın genişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətli investisiya strategiyaları müzakirə edilib.

Nümayəndə heyəti, həmçinin, Küveyt Birbaşa İnvestisiyaların Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-Əhməd Al-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafı və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib, eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlarda mövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?