30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Enerji sektorunun dekarbonizasiyasına yönələn siyasət və texnologiyalar üzrə tövsiyələr təqdim edilib

Energetika Nazirliyində “Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr” sənədinin təqdimatı keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, sənəd “Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilən “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi çərçivəsində hazırlanıb.

Sənəddə Azərbaycanın Milli Səviyyədə Təyin Edilmiş Töhfələri (NDC 3.0) və iqlimlə bağlı hədəflərə uyğun elektroenergetika sahəsində dekarbonizasiyaya aparan Yol Xəritəsi təqdim edilib. Yol Xəritəsi aşağı karbonlu enerji sisteminə keçidin sürətləndirilməsi üçün prioritet istiqamətləri, mərhələləri və strateji yanaşmanı özündə birləşdirir.

Bununla yanaşı, Yol Xəritəsində Azərbaycanın elektroenergetika sektorunda karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması üçün zəruri olan siyasətləri, generasiya texnologiyalarını, qanunvericilik çərçivələrini, institusional mexanizmləri, potensialın artırılmasını, sosial-iqtisadi tədbirləri və investisiyaları əhatə edən bir sıra tövsiyələr əksini tapıb.

Tədbirdə Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərişıq" ASC, “Azərenerji” ASC-nin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak ediblər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?