Rusiya ilə aqrar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Moskvada Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə ikitərəfli görüş keçirib.
Nazirliyin məlumatına görə, tərəflər aqrar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması mövzularını müzakirə ediblər.
Rusiya tərəfi Azərbaycana taxıl, maye və kərə yağı, dəniz məhsulları, həmçinin gübrə ixracının artırılmasında maraqlı olduğunu ifadə edib. Tərəflər toxumçuluq və seleksiya işinin təşkili, epizootik rifahın təmin olunması, baytarlıq məhsullarının ixracı mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.
