Uyğunluğu qiymətləndirən 145 qurum akkreditasiya edilib
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən uyğunluğu qiymətləndirən 145 qurum akkreditasiya edilib.
Akkreditasiya aparılan qurumlar üzrə göstəricilər:
Sınaq laboratoriyaları – 72
İnspeksiya xidməti göstərən orqanlar – 41
Sınaq (kalibrləmə) laboratoriyaları – 16
Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar – 6
İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar – 6
İdarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar – 4
Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya biznes subyektlərinə, xüsusilə ixracatçılar və istehsalçılara beynəlxalq bazarlara çıxış imkanı yaradaraq onların rəqabətqabiliyyətliliyini artırır, fəaliyyətlərində səmərəliliyi yüksəldir, daxili bazarda isə keyfiyyətə əsaslanan sağlam mühitin formalaşmasına töhfə verir.
