2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilk dəfə “Big 5 Global UAE 2025” sərgisində iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Big 5 Global UAE 2025" tikinti və inşaat sənayesi sərgisi keçirilir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 9 şirkəti ilk dəfə olaraq məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində sözügedən sərgidə nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, lak və boyalar, tikinti kimyəviləri, metal məmulatları və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə şirkətlərin təqdim etdiyi xidmətləri, Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivlərinə dair danışıqlar aparılır.

Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda tikinti sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən Xəzər İnşaat Həftəsi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən həftə çərçivəsində keçiriləcək sərgilərdə təmsil olunması təşviq edilir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?