Güzəştli kreditlərin regionlar üzrə bölgüsü açıqlanıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarların 5355 layihəsinin maliyyələşdirilməsinə 290,4 milyon manat güzəştli kredit ayrılıb.
Fondun məlumatına görə, hesabat dövründə verilən güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayının 6,5 faizi Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 93,5 faizi isə digər regionların payına düşüb.
Bu dövrdə verilən güzəştli kreditlərin məbləğə görə bölgüsündə isə 33,8 faiz Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 66,2 faizi isə digər regionların payına düşüb.
