30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biləsuvarda “Aqrar Biznes” festivalı keçirilib

Biləsuvar rayonunda “Aqrar Biznes” festivalı keçirilib. Festivalda dövlət qurumlarının nümayəndələri, Şirvan-Salyan iqtisadi rayonunu əhatə edən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonlarının fermer və sahibkarları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festivalda müxtəlif quş əti məhsulları və kənd təsərrüfatının müxtəlif sahələrinə dair məhsul və texnologiyalar sərgilənib.

Festival çərçivəsində “Quşçuluğun dayanıqlı inkişafı: yeni çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Sığorta Fondunun mütəxəssisləri spiker qismində çıxış ediblər.

Bununla yanaşı, Festival çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermer və rayon sakinlərinin güzəştli kreditlərlə bağlı daha da məlumatlandırılması məqsədilə Kredit Yarmarkası təşkil edilib. Yarmarkada fermerlər aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və fermerlərin mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?