24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Niderlanda xam neft tədarükünün həcmi açıqlanıb

Niderlanda xam neft tədarükünün həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda 182,8 milyon ABŞ dolları dəyərində 360,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 71,1 faiz və ya 76 milyon dollar, həcm baxımından isə 2,1 dəfə və ya 191,7 min ton üstələyir.

Cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 10,84 milyard dollar dəyərində 20,75 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,73 faizi bu ölkənin payına düşüb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması