30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsraillə iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev təmsil etdiyi qurumun istiqamətləri, Azərbaycan və İsrail arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti barədə məlumat verib.

Səfir Ronen Krausz son dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu dinamikanın həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şərait yaratdığını qeyd edib.

Görüşdə Azərbaycan və İsrail arasında potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı, informasiya texnologiyaları, su ehtiyatlarının idarə edilməsi və innovasiyalar kimi sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsi, biznes missiyaların təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?