İsrailin energetika və infrastruktur naziri ilə görüş keçirilib YENİLƏNİB
İsrailə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığının qurulduğu diqqətə çatdırılıb. Enerji və su sektorları üzrə işbirliyinin daha da gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
-----
09:38
“İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq.
Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
