Yanvar-oktyabr aylarında sahibkarlara 290,4 milyon manat güzəştli kredit ayrılıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarların 5355 layihəsinin maliyyələşdirilməsinə 290,4 milyon manat güzəştli kredit ayrılıb.
Fondun məlumatına görə, ayrılan məbləğin 46,2 faizi sənaye məhsullarının istehsalı və emalının, 44,1 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 7,1 faizi xidmət, 2,6 faizi isə digər sahələrin payına düşüb.
