30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Çexiya sahibkarlar konfederasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Çex Respublikasının İşəgötürənlər və Sahibkarlar Birlikləri Konfederasiyası və onun üzvü olan Çex Respublikasının İşəgötürənlər Assosiasiyaları Birliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Anlaşma memorandumları imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına görə, sənəd tərəflər arasında ticarət, investisiya, texnologiya və xidmətlər mübadiləsi sahəsində ikitərəfli əməkdaşlığın qurulmasını, maneələrin həlli istiqamətində tövsiyələrin hazırlanmasını və işgüzar dairələr arasında B2B görüşlərin təşkilini ehtiva edir.

Konfederasiyanın prezidenti Məmməd Musayev təşkilatın beynəlxalq əməkdaşlıq istiqamətləri, xüsusən də Mərkəzi Asiya ölkələri ilə olan əlaqələrin inkişafı haqqında geniş məlumat verib. Öz növbəsində Çex Respublikasının İşəgötürənlər və Sahibkarlar Birlikləri Konfederasiyasının prezidenti Yiri Horeçki Azərbaycana səfərin məqsədlərinə toxunaraq müdafiə sənayesi, qida, kənd təsərrüfatı, tikinti, təhsil, sağlamlıq, sığorta, mədənçilik, enerji sektorları üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?