İtaliya ölkəmizdən xam neft məhsullarının tədarükündə lider mövqeyini qoruyur
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 6,23 milyard ABŞ dolları dəyərində 12 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 7 faiz və ya 407,5 milyon dollar, həcm baxımından isə 29,8 faiz və ya 2,77 milyon ton üstələyir.
Cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 10,84 milyard dollar dəyərində 20,75 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 58,2 faizi bu ölkənin payına düşüb.
