7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” və “Azərxalça” tərəfindən birgə layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.

“AzerGold” QSC-nin məlumatına görə, təşəbbüs çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid, "Azərxalça" brendinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən hər bir müştəriyə “AzerGold” tərəfindən istehsal olunan və üzərində Qarabağ xalçaçılıq məktəbinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçasının ornamentlərinin həkk olunduğu “Laçın” və “Qarabağ xalçası - Çələbi” gümüş sikkələri hədiyyə ediləcək.

Bu unikal əməkdaşlığın əsas məqsədi Azərbaycanın qədim xalçatoxuma ənənələrini mədənçilik sənayesi ilə sintez edərək, milli mədəni irsin təbliğinə töhfə verməkdir. Layihə, həmçinin, özünəməxsus ornamentləri, zəngin rəng palitrası və simvolik kompozisiyaları ilə Azərbaycan xalçaçılığının nadir incilərinin bənzərsiz orijinal təfsirinin geniş auditoriyaya tanıdılmasını hədəfləyir.

UNESCO tərəfindən 15 il öncə qeyri-maddi mədəni irs kimi tanınan Azərbaycan xalçaçılıq sənəti öz milli dəyərlərini qoruyub saxlamaqla yeni və müasir inkişaf dövrünü yaşayır.

Hər iki milli brendin ortaq təşəbbüsü Qarabağın xalçaçılıq irsinə həsr olunmuş sikkə kolleksiyası ilə orijinal xalça nümunələrini birləşdirərək, ənənə və müasirliyi, keçmiş və bu günü qovuşduran mənəvi körpünün yaradılmasına xidmət edir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?