8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Zabrat maşınqayırma zavodu” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Zabrat maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Dövlət Xidmətinin məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən “Zabrat maşınqayırma zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər.

Müəssisənin ümumilikdə 951 839 manat həcmində öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.850.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 2025-ci il 15 dekabr tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2025-ci il 16 dekabr tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?